Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Cozef Bayden mətbuat konfransında açıqlamalar verib.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, vitse-prezident Pensilvaniyada məskunlaşmış Fətullah Gülənin ekstradasiyası ilə bağlı birgə məsləhətləşmə aparıldığını deyib.
Baydenin sözlərinə görə, hazırda dəlil-sübutlar təhlil olunur: "Heç bir halda hər hansı cinayətkar olan insanı, xüsusən də müttəfiqimizə ziyan vuran insanı qorumaq fikrində deyilik. Ancaq bu haqda qərarı məhkəmələr verəcək.
ABŞ qanunlarına görə, heç bir prezidentin öz səlahiyyətlərindən kənara çıxmaq haqqı yoxdur. Əgər ABŞ prezidenti belə bir addım atsa, bu, onun vəzifədən getməsi ilə nəticələnər".
Mahir