Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə telefon danışığında Suriya böhranını müzakirə edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığında Suriyadakı son proseslər və terrorçu qruplarla mübarizədəki müttəfiqlik dəyərləndirilib.
Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkovun verdiyi açıqlamaya görə isə ABŞ və Rusiya yaxın müddətdə Hələb məsələsinə dair razılığa gələ bilər.
Sevinc