Özbəkistan hökumətinin rəsmi qəzeti sayılan "Xalq Söözü" nəşri prezident İslam Kərimovun səhhəti ilə bağlı rəsmi məlumat dərc edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda İslam Kərimovun vəziyyətinin kritik olduğu bildirilib:
"Əziz həmvətənlər, böyük ürək ağrısı ilə bildiririk ki, prezidentimizin vəziyyəti qəfil pisləşib və həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər".
Qeyd edək ki, Özbəkistan prezidenti avqustun 28-də insult keçirib.
Samir