Səudiyyə Ərəbistanının hərbçiləri Səudiyyə Ərəbistanı-Yəmən sərhədində qiyamçı husilərin hücumunu dəf edib.
APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, sərhəddəki Taval rayonuna hücum etmək istəyən husilərə artilleriya və hava zərbəsi endirilib.
Husilər 40 silahlı, tank və zirehli maşınlar itirərək geri çəkiliblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən prezidenti Mənsur Hadinin rəhbərlik etdiyi hökuməti qorumaq üçün 2015-ci ilin martında qiyamçı husilərin mövqelərinə hava zərbəsi endirməyə başlayıb. Qiyamçı husilərin “Ansar Alla” hərəkatı bun müdaxilədən sonra Səudiyyə Ərəbistanının sərhəd rayonlarına hücum etməyə başlayıb.