"Suriya, İraq, Liviya və bu kimi problemlərin Türkiyəsiz həlli mümkün deyil".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
O, iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhdə münasibət bildirib. Ştaynmayerin sözlərinə görə, Almaniya Türkiyədəki bu cəhdi pisləyir:
“Bǝlkǝ Almaniya həqiqətən dǝ mənfur çevriliş cəhdinin demokratik təşkilatlara edilǝn hücum olduğunu konkret ifadǝlǝr ilǝ sǝslǝndirǝ bilmǝdi vǝ ya Türk xalqının çevrilişǝ qarşı göstǝrdiyi müqavimǝti yüksǝk qiymǝtlǝndirdiyimizi ictimaiyyətə düzgün çatdıra bilmǝdik. Türkiyə bizim üçün açar ölkədir”.
Samir