8 Sentyabr 2016 16:25
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın baş naziri Kərim Məsimov tutduğu vəzifədən azad edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin əmri ilə Məsimov ölkənin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin olunub.

Bununla bağlı Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Məsimov 2007-2012-ci illərdə Baş nazir vəzifəsində çalışıb. 2012-2014-cü illərdə o, Prezident administrasiyasının rəhbəri olub. 2014-cü ilin aprelindən isə yenidən Baş nazir vəzifəsini tutub.

Samir


Müəllif: