14 Sentyabr 2016 11:09
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda din və vətəndaş cəmiyyəti üzrə yeni nazirlik yaradılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbəyov sentyabrın 13-də fərman imzalayıb.

Yerli ekspertlərin fikrincə, bu dövlət orqanının əsas məqsədi radikal sələfiliyi (vəhhabiliyi) zərəsizləşdirməkdir.

Yeni qurum Mədəniyyət və idman, eləcə də Təhsil və elm nazirlikləri ilə sıx əlaqədə işləyəcək.

Bir müddət əvvəl Aktoba və Almatı şəhərlərində radikal islamçıların törətdiyi terror hadisələrindən sonra Qazaxıstanın milli təhlükəsizlik naziri ölkədə sələfiliyin qadağan olunması təklifi ilə çıxış etmişdi.

Mahir


Müəllif:

Oxşar xəbərlər