14 Sentyabr 2016 11:32
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama noyabrın 8-də ölkədə keçiriləcək 58-ci prezident seçkilərindən qabaq Filadelfiyada Demokratlar partiyasının mitinqinə qatılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mitinqdə çıxışı zamanı Obama açıq şəkildə Demokratlardan prezidentliyə namizəd Hillari Klintonu dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, Klinton indiyə qədərki bütün namizədlərdən daha yüksək keyfiyyətlərə malikdir. Obama Klintonun əsas rəqibi, Respublikaçılar partiyasından olan Donald Trampı tənqid edib: "O, xarici siyasətdə bu ölkəni təmsil edə bilməz. Tramp vergi bəyannaməsini təqdim etməkdən boyun qaçırıb. Bu vəziyyətdə namizədin şəffaflıqdan bəhs etməsi mənasızdır".

Bundan başqa, Obama Trampı Rusiya prezidenti Vladimir Putinə yaltaqlanmaqda da günahlandırıb.

Samir


Müəllif: