Londonda qaçqınlara dəstək məqsədilə keçirilən yürüşdə 20 min nəfərə yaxın insan iştirak edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Londonun küçələrindən keçən yürüşçülər Parlament meydanında mitinq keçiriblər. Aksiyanı Amnesty International, Oxfam, "Sərhədsiz həkimlər", Qaçqınların işi üzrə Şuranın dəstəyi ilə Solidarity with Refugees ("Qaçqınlarlahəmrəylik") qeyri-hökumət təşkilatı təşkil edib.
Bir sıra tanınmış siyasətçi və aktyorların qatıldığı aksiyanın əsas çağırışı Nazirlər Kabinetinə olub. Onlar hökumətdən müharibə və daxili qarışıqlıq nəticəsində evlərini tərk edən insanların taleyində aktiv iştirak etməyi tələb ediblər.
Nihad