"ABŞ və Rusiya arasında Suriyada terrorçuluqla mübarizə məsələsində əməkdaşlıq mümkün deyil".
Teleqraf.com xəbər verir ki, bunu "Associated Press" agentliyinə müsahibə verən Suriya prezidenti Bəşər Əsəd deyib:
"Nəzəri olaraq, bu mümkündür, ancaq reallıqda deyil. Ona görə ki, ABŞ İŞİD və Ən Nusra Cəbhəsinə qarşı döyüşmək istəmir".
Əsədin sözlərinə görə, ABŞ bu qruplaşmalarla “Suriya kartı”nı oynayır: "Əgər Vaşinqton onları vursa, bu kartı da itirəcək. Bu səbəbdən mən bu əməkdaşlığa inanmıram".
Suriya prezidenti Hələbdə BMT-nin humanitar karvanının vurulmasına da münasibət bildirib: "Suriya humanitar karvanın vurulmasında maraqlı deyil. Bu ancaq terrorçuların maraqlarına xidmət edir".
Bəşər Əsədin fikrincə, Suriyadakı böhran uzun müddət davam edəcək: "Əgər siz bir çox çox xarici amillərə nəzarət edə bilmirsizsə, demək bu uzun müddət davam edəcək və heç kim deyə bilməz ki, böhran nə vaxt başa çatacaq".
Samir