Fətullahçı terror təşkilatının lideri hazırda ABŞ-da yaşayan Fətullah Gülənin qaça biləcəyi ölkələrin siyahısı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumatı Türkiyənin "Yeni Şafak" qəzeti yayımlayıb.
Məlumatlara görə, bu ölkələr Belçika, Braziliya və Kanadadır: "Belçika Gülənin sığınacaq tələb edə biləcəyi ən real ölkədir. Gülənin yaxın adamlarından sayılan Türkiyənin keçmiş polis rəisi Ahmet Sait Yayla bir neçə dəfə Pensilvabnniyadan Belçikaya gedib. Bununla bağlı kəşfiyyat məlumatları var. Bildirilib ki, Gülən bu ölkədə daşınmaz mülkə sahibdir".
Digər ölkə kimi Braziliya göstərilir ki, bura qiyamçıların gizləndiyi ölkələr sırasında ilk yerlərdən birini tutur. Kanada isə ABŞ-a yaxınlığı ilə tanınır. Burada da Gülənin şəxsi villası var.
Qeyd edək ki, dünən BMT Baş Assableyasından sonra Nyu Yorkda mətbuat konfransı keçirən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Gülənin qaçmağa hazırlaşması və ABŞ-ın dərhal onu həbs etməli olduğu ilə bağlı açıqlama vermişdi.
Samir