28 Sentyabr 2016 23:15
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma papası Francis Hələbin bombalanmasını dayandırmağa çağırıb və xəbərdarlıq edib ki, cavabdehlər bir gün Allah qarşısında cavab verəcəklər.

Teleqraf.com xəbər verir ki, o, sentyabrın 28-də müqəddəs Petr meydanında çıxış edərkən Hələbi hamının-uşaqlar, qocalar, xəstələr və cavanların öldüyü şəhid şəhər adlandırıb.

“Bir daha hamıya müraciət edərək dinc sakinləri müdafiə etmək üçün güc tapmağa çağırıram. Bu öhtəlik mütləq və təxirəsalınmazdır. Buna görə cavabdehlik daşıyanların vicdanına səslənirəm, bir gün Allah qarşısında cavab verməli olacaqsız”, deyə papa vurğulayıb.

Qeyd edək ki, Suriyanın hökumət qoşunları və ona müttəfiq olan Rusiya Hələbi bombalayıb.

ABŞ bəyan edib ki, bu prezident Bəşər Əsəd rejimi və onun rusiyalı müttəfiqlərinin beynəlxalq sülh prosesindən imtina etdiklərini göstərir.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.


Müəllif: