ABŞ prezidenti Barak Obama qızlarının orduda xidmət etməsinə qarşı olmadığını açıqlayıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Obama bununla bağlı Ağ Evdə Fort-Li bazasının hərbçiləri ilə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, əgər 18 yaşlı Maliya və 15 yaşlı Saşa hərbi xidmətə getmək istəsələr, buna etiraz etməyəcək: "Mən özüm də 18 yaşımda hərbi xidmətdə olmuşam. ABŞ administrasiyasının bəzi əməkdaşlarının övladları hazırda orduda xidmət edir".
Samir