1 Oktyabr 2016 00:35
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerriarasında telefon danışığı olub. Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Sentyabrın 30-da ABŞ tərəfinin təşəbbüsü ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı Suriya böhranı, o cümlədən Hələbdəki son vəziyyət və ölkəyə humanitar yardımın çatdırılması məsələsi müzakirə edilib. Tərəflər adıçəkilən məsələlər ətrafında fikir mübadiləsi aparıb, yaxın gələcəkdə görüləcək mümkün tədbirləri müzakirə ediblər”, - məlumatda deyilir.


Müəllif: