Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp seçkilərdəki rəqibi Demokratlar Partiyasının namizədi Hillari Klintonun sağlıq durumunun onun prezident kimi fəaliyyət göstərməsinə imkan vermədiyini bəyan edib.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, D. Tramp seçicilərlə görüşündə deyib ki, Klintonun səhhətinin onun nə Rusiya prezidenti Vladimir Putinlə qarşıdurma aparmağa, nə də Çinlə iqtisadi münasibətləri yoluna qoymağa imkan vermir.