9 Oktyabr 2016 17:28
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haitidə ölkənin cənubunu dağıtmış Matthew qasırğasından sonra 3 günlük matəm elan olunub.

Hökümət bildirib ki, azı 900 nəfərin öldüyü güman edilir. Bundan başqa, on minlərlə ev dağılıb və 350 min insanın yardıma ehtiyacı var.

Bir neçə insanın vəfat etməsi ilə nəticələnmiş vəba xəstəliyi əsas qorxulardandır.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın cənub-şərqindən keçmiş Matthew qasırğası burada 10 nəfəri öldürüb.

Qasırğa Florida, Georgia və Karolinalarda evlərin dağılmasına, kommunikasiya xətlərinin kəsilməsinə və daşqınlara səbəb olub.

Milli Qasırğa Mərkəzi səhər saat 9-da (Bakı vaxtilə) bildirib ki, qasırğanın sürəti saatda 30 kilometrə düşərək şimal-şərqə- dənizə doğru gedir.


Müəllif: