Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ölkədəki vəziyyətin stabilləşməsi münasibətilə təbrik edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin bununla bağlı İstanbulda keçirilən 23-cü Dünya Enerji Forumunda çıxışı zamanı məlumat verib:
"Biz başa düşürük ki, belə böyük tədbirlər üçün Türkiyədə ən yaxşı vaxt deyil. Bilirik ki, Türkiyə çox böyük hadisəni geridə qoydu. Bunu diqqətlə izləyirdik. Və Türkiyə prezidentini və xalqını qələbə münasibətilə təbrik etmək istəyirəm".
Bundan başqa, Putin türkiyəli həmkarı ilə "Türk Axını"nı müzakirə etdiyini forum iştirakçılarının diqqətinə çatdırıb.
Samir