18 Oktyabr 2016 15:16
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusu ölkənin Hilmənd əyalətində "Taliban" terrorçularına qarşı əməliyyat keçirib.

Teleqraf.com Reuters agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 51 terrorçu öldürülüb. Məlumatlara görə, əməliyyata Əfqanıstan qırıcıları havadan dəstək verib.

Bundan başqa, Türkiyə ordusu Suriyada Fərat Qalxanı Hərəkatını davam etdirir. Bildirilib ki, əməliyyat zamanı Mare bölgəsinin şərqindəki əl-Cabiriya, əl-Burhan, Vaş və Qhuz qəsəbələri terrorçulardan təmizlənib. Hücum nəticəsində 20 İŞİD-çi zərərsizləşdirilib, Azad Suriya Ordusunun 2 əsgəri şəhid olub, 12-si yaralanıb.

Samir


Müəllif: