Avstriya hökuməti nasistlərin lideri Adolf Hitlerin doğulduğu evin dağıdılması ilə bağlı qərar verib.
Telqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, Yuxarı Avstriya əyalətinin Braunau bölgəsində olan ev söküləcək, yerində tikiləcək bina isə humanitar quruma həvalə ediləcək.
Hökumət tərəfindən satışına icazə verilməyən evin dövlətin balansına keçirilməsini nəzərdə tutan qanun layihəsi növbəti həftə Avstriya Məclisində müzakirəyə qoyulacaq. Buna səbəb Hitlerin 20 aprel 1889-cu ildə doğulduğu evin neo-nasistlər tərəfindən get-gedə müqəddəsləşdirilməsi və bunun Avstriya hökumət orqanlarında narahatlıq yaratmasıdır.
Qeyd edək ki, neo-nasistlər isə evin dağıdılmasına qarşı çıxır.
Samir