22 Oktyabr 2016 20:04
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın silahlı qüvvələri "Taliban" hərəkatının ölkənin cənub-şərqindəki mövqelərinə hava zərbələri endirib.

"Report"un məlumatına görə, bu barədə "Paşvak" agentliyi xəbər yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində "Taliban"ın 11 silahlısı məhv edilib. Bununla yanaşı, qruplaşmanın 4 silahlısı yaralanıb.

"Taliban" məlumatı təsdiqləməyib.


Müəllif: