Pakistanın Kuetta şəhərində yerləşən polis təlim mərkəzinə silahlı hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 3 silahlı şəxs 200 nəfərdən artıq insanın olduğu binaya soxulub və 5 saat ərzində içəridəkiləri girov saxlayıb.
Məlumatlara görə, onlar girovluqdan qaçmaq istəyən şəxslərə atəş açıb. Hadisə zamanı 60 nəfər həlak olub, 165 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Samir