Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və şiə koalisiyasının lideri Ammar Əl-Həkim Mosula 120 kilometr məsafədə olan Zertek dağında mətbuat konfransı keçirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu Mosula hücum əməliyyatından sonra keçirilən ilk mətbuat konfransıdır.
İraq İslam Ali Şurasının sədri Ammar Əl-Həkim mətbuat konfransında qeyd edib ki, Türkiyə hərbi razılaşma olmadan İraqa girib: "İraqla razılaşmanın olmasını istərdik. İraq öz ölkəsini qoruya bilər. Nə Türkiyəyə, nə də başqasına ehtiyacımız var".
Ammar Əl-Həkim daha sonra qeyd edib ki, Kürdüstan bölgəsində əməliyyatların irəliləməsini izləmə fürsəti əldə edib: “Bura çox əhəmiyyətli bir ərazidir. Zertek dağı müvəfəqiyyətə səhnə olan nöqtədir. Peşmərgə və İraq ordusu ilk dəfə birlikdə vuruşur. Xəstəxanada peşmərgə və İraq əsgərləri eyni yerlərdə yatırlar”.
Əl-Həkim türk əsgərinin Başikada olması haqda danışarkən bildirib ki, burada gedən döyüş iraqlıların davasıdır: “Bu müharibə iraqlılar üçün eynidir. Əməliyyata qatılan hər kəsə, bizə kömək edən hər kəsə təşəkkür edirik. Ancaq bu yardımların İraq hökuməti ilə razılaşdırılması əhəmiyyətlidir. İraqda hər hansı bir gücün olması İraq hökuməti ilə razılaşdırılmalıdır. Əvvəllər Türkiyə gücləri mövcud idi və onlar xüsusi məqsəd üçün gəlmişdilər. Bu andakı güc və terrorla mübarizə üçün yeni bir pəncərə açmaq lazımdır. Çünki Türkiyə əhəmiyyətli bir ölkədir”.
Məsud Bərzani isə deyib edib ki, peşmərgə Mosula daxil olmayacaq: “Peşmərgənin Kərkükə daxil olması oradakı müvəfəqqiyətsizliklə bağlı idi. Mosul əməliyyatında peşmərgənin vəzifəsi bəllidir. Başika hərbi cəhətdən bitmiş vəziyyətdədir. Çünki ətraf tutulub və peşmərgə ən az zərərlə içəri daxil olmağa çalışır. Cəbhədə çoxlu sayda peşmərgə var. Bir qismini Kərkükə göndərdik. Mosula nə zaman daxil olacağımızı bilmirəm, çox gərgin bir əməliyyat olacaq”.
Türkiyənin Başika əməliyyatına dəstəyi haqda suala gəldikdə Bərzani deyib ki, onda bu haqda informasiya yoxdur: “Bəlkə də belə bir dəstək olub. Biz ABŞ üçün savaşmırıq. Özümüz üçün döyüşürük. Amma bizə kömək etdikləri üçün təşəkkür edirəm”.
Nemət