“Vladimir Putin hazırkı məqamda Hələbdə hava hücumlarını bərpa etməyi məqsədəuyğun hesab etmir”.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bununla belə, o qeyd edib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyanın digər yerlərində aviazərbələr endirməyə davam etdiriləcək.
Verilən fasilə yalnız Hələbə aiddir.
Dmitri Peskov deyib: “Rusiya prezidenti humanitar pauzaya yaralıların və şəhəri tərk etmək istəyən yaraqlıların şəhərdən çıxması imkanı kimi baxır. Eyni zamanda biz amerikalı tərəfdaşlarımıza az öncə öz üzərilərinə götürdükləri öhdəlikləri və verdikləri sözü yerinə yetirmək imkanı yaratmaq istəyirik”.
Kreml təmsilçisi humanitar fasilənin nə qədər davam edəcəyini söyləməkdə çətinlik çəkdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Suriyadakı vəziyyətlə bağlı yaxın vaxtlarda Putinlə Obamanın görüşü planlaşdırılmır.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Ali Baş Komandanına Hələbin şərqində hava hücumlarını bərpa etməklə bağlı müraciət ünvanlamışdı.
Səxavət