İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni vəzifəsindən istefa verib.
Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.
Məlumata əsasən, İyad Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.
Ötən həftə mətbuat konfransında çıxış edən İyad Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salıb.
“Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var ”, yanlışlığını zarafatla düzəltmək istəyən İyad Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə deyib. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.
/Report/