Bolqarıstanda dünən keçirilǝn prezident seçkilərindǝ namizǝdlǝrdǝn heç biri sǝslǝrin 50 faizini toplaya bilmǝyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna görə də ölkənin yeni prezidentinin adı ikinci turdan sonra bəlli olacaq.
İkinci turda iştirak hüququna iki namizəd - Bolqarıstanın hakim QERB partiyasının namizədi Tsetska Tsaçeva və sosialistlərin nümayəndəsi Rumen Radev qazanıb. İlkin hesablamalara əsasən, T.Tsaçevaya seçicilərin 23,5%-i, R.Radevə isə 24,8%-i səs verib. 71 fǝrqli ölkǝdǝ yaşayan 40 min Bolqarıstan vǝtǝndaşının da sǝs verdiyi seçkidǝ seçici fǝallığı 45,3% olub.
Seçkinin nǝticǝlǝri açıqlandıqdan sonra Bolqarıstanın baş naziri Boyko Borisov Nazirlər Kabinetinin fövqəladə yığıncağını çağırıb. Prezident seçkisinin ikinci turunun noyabrın 13-də keçirilmǝsi planlaşdırılır.
Samir