"Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru vəzifəsindən istefasına səbəb onun Ukraynada öz partiyasını yaratmaq istəyidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu "Petro Poroşenko bloku"nun sədr müavini Aleksey Qonçarenko deyib.
Onun sözlərinə görə, Saalaşvili bununla özünü Ukrayna siyasətində reallaşdırmaq istəyir: "Hamıya aydındır ki, Gürcüstanda tam iflasa uğramasından sonra o, özünü Ukrayna siyasətində görür".
Qeyd edək ki, 2015-ci ilin mayından qubernator təyin edilən Saakaşvili bu gün istefa verdiyini açıqlayıb.
Samir