9 Noyabr 2016 17:38
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın paytaxtı Banqkokda bu yaxınlarda vəfat etmiş kralın xatirəsinə həsr olunmuş fil yürüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, yürüşdə bəzədilmiş 11 ağ fil iştirak edib. Onlar şəhərin küçələrindən mərhum kralın dəfn edildiyi kral sarayının qapıları önünədək keçid ediblər.

Tailand kralı Bhumibol Adulyadej uzun sürən xəstəlikdən sonra bu ilin oktyabrın 13-də 88 yaşında vəfat edib. Bununla bağlı ölkədə bir illik matəm elan olunub.

Səxavət


Müəllif: