10 Noyabr 2016 13:19
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şimal əyaləti olan Cauzcanda qadınlardan ibarət silahlı müdafiə dəstəsi yaradılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər ki, onlar öz evlərini Talibandan qoruyacaqlar.

Silahlı qadınların sayı 45-ə çatıb. Bir neçə qadın mal-qarasını sataraq silah alıb. Dəstənin komandiri 53 yaşlı Zarmina adlı qadındır. Zarmina deyib ki, Talibanın hücumlarından qorunmaq üçün polis qüvvəsi yetərli deyil.

Cauzcanda 1600 polis əməkdaşı var.

Yerli hakimiyyət orqanı nümayəndələri, ağsaqqallar və kənd sakinləri qadınların silaha sarılmasına təntənə ilə xeyir-dua veriblər.

MAHİR


Müəllif:

Oxşar xəbərlər