Tacikistandakı ABŞ səfirliyi terror xəbərdarlığı edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə səfəriyin saytı məlumat yayıb.
Məlumatda deyilir: "ABŞ səfirliyi insanların kütləvi toplaşdığı yerlərdə və ya Əfqanıstanla həmsərhəd zonalarda terror aktının törədilə biləcəyi barədə informasiya alıb".
Səfirlik ABŞ vətəndaşlarına tünlükdən uzaq durmağı, ictimai marşrutdan imtina etməyi və qaranlıq düşəndən sonra küçəyə çıxmamağı məsləhət görür.
MAHİR