13 Noyabr 2016 00:39
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Geo TV yerli xilasetmə xidmətinə istinadən bildirib. 100-dən artıq insanın yaralandığı bildirilir.

21.58

Pakistanın cənubunda - Bəlucistan vilayətindəkı məbədin ərazisində baş verən partlayış nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Dawn nəşri hadisə nəticəsində 100 nəfərin yaralandığını bildirib.

Hadisə vaxtı ərazidə 500 nəfərə yaxın adam olub. İlkin məlumatda 30 nəfərin öldüyü bildirilirdi.

"Röyter"in xəbərinə görə, terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

18.39

Pakistanın cənubundakı məbədlərdən birində baş verən partlayış nəticəsində 30 nəfərdən artıq insan həlak olub.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Daily Pakistan bildirib.

Yerli Geo TV isə hadisə nəticəsində 100 nəfərdən artıq adamın yaralandığını bildirib.

Nihad


Müəllif: