13 Noyabr 2016 16:39
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə ötən il noyabrın 13-də baş vermiş terror aktı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilib.

Fransa Prezidenti Fransua Olland dövlət və hökumət nümayəndələri, eləcə də terror aktı qurbanlarının ailə üzvləri və yaxınları ilə birlikdə “Stade de France” stadionuna gəlib.

Burada terror aktı qurbanlarının xatirəsinə ilk xatirə lövhəsi açılıb. Beş digər xatirə lövhəsi Parisin 10-cu və 11-ci rayonlarında terror aktı baş vermiş məkanlarda açılıb.

Açılış mərasimlərində terror aktları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların adları səsləndirilib. Xatirə lövhələrinin qarşısına gül dəstələri qoyulub.

Parislilər səhər saatlarından terror aktları baş vermiş məkanlara gələrək qurbanların xatirəsini yad edir və şamlar yandırır.

Ən qanlı terror aktı baş vermiş “Bataclan” konsert zalı noyabrın 12-də məşhur müğənni Stinqin konserti ilə yenidən fəaliyyətə başlayıb.


Müəllif:

Oxşar xəbərlər