16 Noyabr 2016 22:11
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəallar qrupu ilk dəfə olaraq İordaniya ilə İsrail arasında yerləşən Ölü Dənizi üzərək keçiblər.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, oOnlar 15 kilometrlik məsafəni 7 saata başa vurublar.

25-dən artıq üzgüçü arasında İordaniya, İsrail, İngiltərə, İspaniya və Yeni Zelandiya vətəndaşları olub.

Aksiyanın məqsədi hər il səviyyəsi bir metr aşağı düşərək qurumaqda olan su hövzəsinə diqqəti cəlb etməkdir.

Şor göldə uzun müddət qalmaq dəriyə pis təsir göstərir.

İdmançıların sözlərinə görə üzmək olduqca çətin idi.


Müəllif:

Oxşar xəbərlər