18 Noyabr 2016 14:14
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Avropa İttifaqı ilə Türkiyə arasında viza rejiminin sadələşdirilməsi məsələsinin müzakirəsinin dayandırılması ilə bağlı səsvermə keçirəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı parlamentin rəsmi nümayəndəsi "Ria Novosti" agentliyinə açıqlama verib. Onun sözlərinə görə, səsvermə noyabrın 24-də təşkilatın Strasburqda keçirəcəyi plenar iclasında baş tutacaq.

Mənbə əlavə edib ki, avropalı sosialistlər və demokratlar tərəfindən hazırlanan qətnamə məcburi xarakter daşımır.

Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı arasında assosiasiya haqqında saziş 1963-cü ildə imzalanıb. Ankara 1987-ci ildə Avropa Birliyinə üzv olmaq üçün müraciət edib. 2005-ci ildə başlayan müzakirələr fikir ayrılıqları səbəbindən bir neçə dəfə dayandırılıb. 2016-cı ilin martında avropalı liderlər Avropaya miqrantlar axınının qarşısını almaq məqsədi ilə Türkiyəyə qarşı viza rejiminin ləğvinə razılıq veriblər.

Samir


Müəllif: