ABŞ prezidenti seçilmiş Tonald Tramp Mike Pompeoya Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini təklif edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, Kansas ştatından ABŞ Konqresi Nümayəndələr palatasının üzvüdür.
Alabama ştatından senator Jeff Sessionsa ədliyyə naziri və baş prokurorluq, hərbi kəşfiyyatın keçmiş rəhbəri, istefada olan general Michael Flynna isə milli təhlükəsizlik məsələləri üzrə müşavirlik təklif olunub.
Onların 3-də təklifi qəbul edib.
Bu barədə noyabrın 18-də Trampın keçid komandasının adının çəkilməsini istəməyən üzvü deyib.