ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdən danışıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Amerikanın nüfuzlu "The New York Times" qəzeti məlumat yayıb.
Tramp bildirib ki, o, Rusiya ilə isti münasibətlərə nail olmağa çalışır, ancaq bu iki ölkə arasındakı münasibətlərin "yenidən qurulması" anlamına gəlmir: "Bəzi sahələrdə Moskva ilə uğurlu əməkdaşlıq hər iki ölkə üçün yaxşı nəticələnərdi. Ancaq bu məsələdə "yenidən qurma" ifadəsinin işlənməsi düzgün olmazdı".
Yaxın Şərqdəki vəziyyəti dəyərləndirən Tramp bir daha ABŞ-ın İraqa müdaxiləsini "tarixi səhv" adlandırıb: "Bu bizim ölkə tarixinin ən böyük səhvidir. Biz Suriyadakı dəhşətə son qoymalıyıq".
Samir