26 Noyabr 2016 17:35
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu gözlənilmədən Tehrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, M.Çavuşoğlu İran prezidenti Həsən Ruhani ilə görüşüb.


Sonra M.Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Görüşdə M.Çavuşoğlunun ikitərəfli əlaqələrin inkişafı, regiondakı münaqişələr, o cümlədən Suriya böhranı müzakirə olunub.

Qeyd edək ki, bu, Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra M.Çavuşoğlunun Tehrana ikinci səfəridir. M.Çavuşoğlunu səfərdə Türkiyənin təhlükəsizlik naziri müşayiət edir.


Müəllif:

Oxşar xəbərlər