Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışında deyib.
Onun sözlərinə görə, terrorçulara silah və pul eyni mərkəzdən verilir: "Məqsəd Türkiyəni dizi üstə oturtmaqdır. Amma buna nail ola bilməyəcəklər. Türkiyə öz yolu ilə gedəcək. PKK, İŞİD, FETÖ Türkiyəyə ard-arda zərbə vurmağa çalışır. Heç kim onların müəyyən güclər tərəfindən silahlandırıldığını, maliyyələşdirildiyini inkar edə bilməz. Türkiyəyə açıq şəkildə qarşı çıxmağa qadir ola bilməyənlər terrorçuların əli ilə öz planlarını həyata keçirməyə çalışırlar".
Onun sözlərinə görə, bu gün Türkiyəyə hücum edən terrorçuları dəstəkləyənlər sabah özləri bu təhlükəyə hədəf olacaqlar.