8 Yanvar 2017 00:10
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş 92 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "France Press" xəstəxana nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, o, dekabrda dərin koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Portuqliyanın Sosialist Partiyasının qurucusu olmuş Mariu Suariş iki dəfə ölkənin baş naziri olub. Bununla yanaşı, 1986-1996-cı illərdə prezident vəzifəsinin səlahiyyətlərini icra edib.

O, dövlət başçısı vəzifəsindən getdikdən sonra, 1999-2004-cü illərdə Avropa Parlamentinin deputatı olub. Mariu Suariş 2006-cı ildə növbəti dəfə sosialistlərin prezidentliyə namizədi olsa da, seçkilərdə uduzub.


Müəllif:

Oxşar xəbərlər