2015-ci ilin sentyabrında Macarıstanın Reske şəhəri yaxınlığında polislərdən qurtulmağa çalışan və qucağında azyaşlı uşağı olan suriyalı miqranata badalaq vuran jurnalist Petra Laslo məhkəmə qarşısına çıxarılıb.
Teleqraf.com "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, Seqed şəhər məhkəməsi onu 3 illik şərti həbs cəzasına məhkum edib.
Qeyd edək ki, hadisənin görüntüləri izləyənlər tərəfindən etirazla qarşılanıb. Olaydan sonra Laslo miqrantdan üzr istəyib. Buna baxmayaraq, o, işdən qovulub və Macarıstan prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Samir