İraq ordusu Mosulda İŞİD-ə qarşı əməliyyatları davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu gün Oraq ordusu Mosulun bir neçə strateji məkanlarını yaraqlılardan azad edib.
Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.
Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Mosul 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.