“NATO rəhbərliyi ABŞ prezidenti seçilmiş Donald Trampın alyansın köhnəlməsi ilə bağlı bəyanatından narahatdır”.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Stainmaier yanvarın 16-da Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberglə görüşdən sonra deyib.
O, bu bəyanatın, ABŞ müdafiə nazirliyinə namizəd James Mattisin Vaşinqtonda keçirilən dinləmələrdə dediklərinə zidd olduğunu bildirib.
Qeyd edək ki, Donald Tramp “Bild” və “ The Times” qəzetlərinə müsahibəsində alyansın problemləri olduğunu, təşkilatınsa köhnəldirini bildirib.
Tramp təşkilatın maliyyələşdirilməsində balansın pozulmasının aktual problemlərdən biri olduğunu vurğulayıb, bildirib ki, Avropa ölkələri lazım olan məbləği ödəmirlər, Vaşintonsa onları müdafiə etmək məcburiyyətindədir.