19 Yanvar 2017 10:11
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il gecəsi İstanbulun “Reina” klubunda qətliam törədən İŞİD terrorçusu Abdulkadir Maşaripovun yaxalanması ilə bağlı yeni faktlar açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İŞİD yanvarın 6-da Maşaripovun ailəsindən ayrı qalması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, terrorçu 4 yaşlı oğlu ilə birlikdə İŞİD döyüşçülərinin İstanbulda təhlükəsiz saydığı evə köçməli idi. Ancaq Maşaripovun həyat yoldaşı F.A. oğlundan ayrılmaq istəmədiyini deyib. Abdulkadir onu dinləməyib. F.A. 2 yaşlı qızı ilə Pendikdəki evə aparılıb. Burada qaldığı zaman Maşaripovun seneqallı terrorçu Dina adlı qadınla imam nikahı kəsdiyini və Esenyurtda yaşadığını eşidib.

Bundan sonra qəzəblənən F.A. Pendikdə polis bölməsinə gəlib və həyat yoldaşını ələ verib. Ancaq polis evin ünvanını bilmədiyi üçün əməliyyat vaxt aparıb.

Bu arada, Maşaripovun törətdiyi terrordan sonra İŞİD-dən aldığı “mükafatı” da açıqlanıb. Məlumatlara görə, İŞİD “Reina” terroruna görə Abdulkadirə 3 qadın təklif edib - Seneqal əsilli 27 yaşlı Dina, Somali əsilli 27 yaşlı Ayişə və Misir əsilli 26 yaşlı Tene Trare.

Maşaripov bu qadınlardan Dinanı seçib və onanla imam nikahına girib.

Qeyd edək ki, “Reina” terroru zamanı 39 nəfər həyatını itirib.

Samir


Müəllif: