Almaniyanın kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, kanslerin səfəri fevral ayının birinci həftəsinə planlaşdırılır.
Səfər zamanı miqrant probleminin həlli, regional problemlər, terrorla mübarizədə əməkdaşlıq və iqtisadi məsələlər müzakirə olunacaq.
Merkel baş naziri Binali Yıldırım və prezident Ərdoğanla görüşəcək.