Qazaxıstanın paytaxtı Astanada dünən başlayan Suriya sülh konfransının ikinci günündə danışıqlar başlayıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, tərəflər toplantının keçirildiyi "Rixos" otelinə gəliblər.
Görüşdə Rusiya, İran, Türkiyə, Suriyadan gələn nümayəndə heyəti, suriyalı müxaliflər, eləcə də ABŞ-ın Astanadakı səfiri Corc Krol, BMT nümayəndəsi Staffan de Mistura iştirak edir.
Qeyd edək ki, dünən tərəflər atəşkəsin uzadılması və terrorçuluqla birgə mübarizə məsələlərini müzakirə ediblər.
Samir