26 Yanvar 2017 22:38
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Ali məhkəməsi 8 Türkiyə hərbçisini Ankaraya verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat verib.

Türkiyə hakimiyyəti onları 2016-cı il iyulun 15-də edilən qiyam cəhdində iştirakda ittiham edir.

Hərbçilərin 8-də ittihamı rədd edir.

Onlarqiyam cəhdindən bir gün sonra-iyulun 16-da vertolyotla Yunanıstanın şimalına enərək Afinadan siyasi sığınacaq istəyiblər.

Türkiyə Yunanıstandan onların verilməsini tələb edir.

15 iyul qiyam cəhdindən sonra ölkədə 100 mindən çox adam saxlanıb və ya işdən kənarlaşdırılıb.

Rəsmi Ankara hesab edir ki, bu qiyam cəhdinin arxasında hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülən durur.


Müəllif: