İsrail ordusunun hərbçiləri İordan çayının qərb sahilindəki Fələstin muxtariyyətinin Cenin şəhərindəki qaçqın düşərgəsində yaranan qarşıdurma zamanı bir fələstinlini güllələyiblər.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, güllələnən şəxs 19 yaşlı Məhəmməd Əbu Hənifədir.
Fələstin tərəfi İsraillə münaqişənin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində iki dövlət arasında sərhəd xəttinin 1967-ci ildə baş verən Altı günlük müharibədən əvvəlki vəziyyətə uyğun olmasının tələb edir. İsrail isə bununla razılaşmır. Xüsusən də Yerusəlimin bir hissəsini ərəblərə verməkdən imtina edir. Bu səbəbdən sülh danışıqları dayanıb.
Nihad