6 Fevral 2017 17:41
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin Vaşinqtonun İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çin xarici işlər nazirinin müavini Lyu Kan açıqlama verib.

O bildirib ki, yeni sanksiyalar siyahısına Çin şirkətlərinin adı da daxil edilib: "Əgər sanksiyalardan 3-cü ölkə ziyan görürsə, bu, uğursuz siyasətdir. Bu cür addımlar iki ölkə münasibətlərinə mənfi təsir göstərir".

Qeyd edək ki,Vaşinqton ötən həftə Tehranın ballistik raket istehsalı ilə əlaqədar olaraq, İrandan olan 25 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Samir


Müəllif: