İran dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti islam inqilabının 38-ci ildönümü münasibətilə bu gün Tehranda keçirilən tədbirdə Amerikanın yeni prezidenti Donald Trampdan və onun müsəlmanlara qarşı münasibətindən danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vilayəti Trampın müsəlmanlara qarşı “düşmənçilik” mövqeyini tənqid edib.
Onun sözlərinə görə, islami oyanışın yayılması və müsəlmanların müqaviməti nəticəsində Amerikanın dünyada yürütdüyü ekspansionist və müstəmləkəçi siyasəti məğlubiyyətə uğrayıb:
“Tramp bilməlidir ki, əgər müsəlman ölkələrinə qarşı təhdidlərini davam etdirsə, müsəlmanlar ona elə bir dərs verəcəklər ki, heç vaxt yadından çıxmayacaq. Amerikanın yeni prezidenti ona görə boşboğazlıq edir ki, onun gələcək üçün heç bir planı yoxdur. Bir sözlə, amerikalıların müsəlmanlarla üz-üzə durmağa gücü də yoxdur.
Bu gün kimsə Amerikada səriştəsizlik ucbatından hansısa düşünülməmiş bir söz danışırsa, bu, amerikalı siyasətçilərinin çıxılmaz vəziyyətdə qadığını, onların başlarını itirdiyini göstərir. Amerikalıların Orta Şərqi, o cümlədən də Suriya və İraqı parçalamaq planı artıq məlubiyyətə uğrayıb. Bu, müsəlmanlar arasında islami oyanışın yayılması və vüsət almasının nəticəsidir”.
Samir