9 Fevral 2017 16:16
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Mayk Pompeo Türkiyəyə səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Pompeonun təyyarəsi Esenboğa hava limanında eniş edib. Onu aeroportda ABŞ-ın Ankaradakı səfiri və türkiyəli nümayəndələr qarşılayıb.

Səfər çərçivəsində Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş zamanı Fətullahçı, PKK və İŞİD terror təşkilatları ilə mübarizə məsələlərinin müzakirə olunması gözlənilir.

Samir


Müəllif: