15 Fevral 2017 00:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada Suriyaya dair danışıqların sabaha planlaşdırılmış ikinci raundunun tarixi fevralın 16-na keçirilib.

Bu barədə Suriya Dövlət Televiziyasının məlumatında bildirilir. Məlumata görə, tarixin dəyişdirilməsinə səbəb Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ ki Qazaxıstana getməməsi göstərilib.


Qeyd edək ki, Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək.

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır. Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir.

/APA/


Müəllif:

Oxşar xəbərlər